Milli komandalarımız təlim-məşq toplanışlarına yollandılar

Milli komandalarımız təlim-məşq toplanışlarına yollandılar

Taekvondo üzrə böyüklərdən ibarət seçmə komandamız səfərdə təlim-məşq toplanışlarına yollanıblar. Siasport.az saytı xəbər verir ki, kişilər 26 mart - 2 aprel tarixlərində Mahaçqalada Rusiya milli komandasının dörd idmançısı ilə birgə məşq edəcəklər. Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, Conq Conqbay və Elnur Amanovun rəhbərliyi ilə təlim-məşqlərdə Samir Aydınov (-54 kq), Ziya Qasımov (-58 kq), Fariz Əliyev(-63 kq), Kvanqseok Kim, İlkin Şahbazov (hər ikisi -68 kq), Elvin Məmmədov (-74 kq), Ramin Əzizov (-80 kq), Təvəkkül Bayramov (-87 kq) və Aydın Bəhməlov (+87 kq) iştirak edəcək.

Qadın taekvondoçularımız isə 27 aprel - 4 mart tarixlərində İran milli komandası ilə birgə təlim-məşqlərə yollanıblar. Baş məşqçi Sunmi Park Tehrana Xəyalə Quliyeva (-46 kq), Türkanə Tahirli (-49 kq), Nigar Hacıyeva (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-62 kq), Vonkyuq Kim (-67 kq), Fəridə Əzizova (-73 kq) və Yelena Abbasovadan (+73 kq) ibarət heyət aparıb.

Qeyd edək ki, milli komandamızın birgə təlim-məşqləri mayın əvvəlində Koreyada keçiriləcək dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə