Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın XXXV növbəti
Konqresi keçirilib.
Siasport.az saytı xəbər
verir ki, tədbirdə AFFA-nın
prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov iştirak edib.
Konqresin gündəliyinə növbəti müddət üçün UEFA
prezidenti vəzifəsinə
seçkinin keçirilməsi daxil edilib. Qeyd edək ki, bu vəzifəyə 1 nəfərin - Avropa futbol qurumunun
hazırkı prezidenti Mişel Platininin namizədliyi irəli sürülüb və o da yenidən 4 il müddətinə UEFA-nın prezidenti seçilib.
Səsvermədə UEFA-ya üzv 53 assosiasiyanın, o cümlədən AFFA-nın rəsmiləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB