WSB liqasında mübarizə aparan "Baku Fires" boks klubunun yarımfinaldakı rəqibi məlum olub. Siasport.az saytı xəbbər verir ki, İsveçrənin Lozzana şəhərində keçirilən püşkatma mərasimində AİBA prezidenti Çinq Ko Vu da iştirak edib. Beləliklə, yarımfinalda komandamızın rəqibi Fransanın "Paris Yunayted" klubu olacaq. Digər yarımfinalda isə "Astana Arlans"la "Los Angeles Matadors"üz-üzə gələcək. "Baku Fires" ilk görüşünü doğma divarlar arasında keçirəcək. İlk yarımfinal qarşılaşmaları aprelin 8-9-da, cavab görüşləri isə aprelin 15-16-da baş tutacaq. Final isə mayın 7-də Çinin Quyanq şəhərində təşkil olunacaq. Yarışın qalibi olacaq komandaya 500 000 dollar pul mükafatı veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB