\"Rabitə\" Çempionlar Liqasında gümüş medal qazandı

\"Rabitə\" Çempionlar Liqasında gümüş medal qazandı

Qadın voleybolçular arasında Çempionlar Liqasının \"Dördlər finalı\"nın son 2 görüşü baş tutub. Siasport.az saytı xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib.

\"Rabitə\"nin yarımfinalda mübarizədən kənarlaşdırdığı İtaliyanın \"Skavolini\" klubu bürünc medal uğrunda \"Fənərbaxça\" ilə qarşılaşıb. Türkiyə təmsilçisi italyanları 3:1 hesabı ilə yenərək, bürünc medala sahib çıxıblar.

Finalda isə Bakının \"Rabitə\" klubu Türkiyənin \"Vakıfbank Günəş Sığorta\" komandası ilə qarşılaşıb. İlk setdə 25:13 hesabı ilə qələbə qazanan türklər ikinci setdə müqavimətlə üzləşsə də, üstünlüyü əldən verməyiblər - 25:20. Son setdə də meydan sahibləri qələbəyə sevinib - 25:18.

Bununla \"Vakıfbank Günəş Sığorta\" Çempionlar Liqasının qalibi olub. \"Rabitə\" ilk dəfə çıxdığı finalda gümüş medalla kifayətlənib.

Çempionlar Liqası

3-cü yer

Fənərbaxça - Skavolini 3:1 (12:25, 25:21, 25:21, 25:21)

Final

Vakıfbank Günəş Sığorta - Rabitə 3:0 (25:13, 25:20, 25:18)

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня