Stefan Borbikoni: "Hazırda çətin vəziyyətdəyik"

Stefan Borbikoni: "Hazırda çətin vəziyyətdəyik"
Bir müddət zədə səbəbi ilə yaşıl meydanlardan kənar qalan "Bakı"nın fransalı müdafiəçi Stefan Borbikoni heyətə qayıdışı,"İnter"lə keçiriləcək oyun barədə fikirləini klubun rəsmi saytına bnilrdirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Uzun zamandır zədədən əziyyət çəkirdim. Həkimlərin, məşqçilərin və məni sevən bütün insanların dəstəyi hesabına yenidən meydana çıxmağa hazıram. İnanıram ki, bu gün məni yenidən meydanda görəcəksiniz. Bateslə bəndənizin necə tandem təşkil edəcəyi çoxları üçün maraqlıdır. O cümlədən də, mənim üçün...

"İnter"lə oyuna gəlincə, bizi çətin oyun gözləyir. Meydanın süni örtüklü olması bizə müəyyən çətinlik yaradacaq. Bunula belə meydana yalnız üç xal üçün çıxacağıq və istəyimizə çatacağıq. Hazırda çətin vəziyyətdəyik. Lider "Neftçi" ilə aramızda 18 xal fərq olsa da, mümkunsuz bir şey yoxdur. Premyer Liqanı lider bitirməyimiz mümkünsüz kimi görünsə də, Avroliqa vəsiqəsi uğrunda mübarizəmiz davam edir. "Bakı" azarkeşlərinə hər oyunda bizə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu gün də azarkeşlərimizdən dəstək gözləyirik. Onları bu oyuna dəvət edirəm və əmin edirəm ki, biz də öz növbəmizdə gözəl oyun göstərib, onları sevindirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə