Aslan Kərimov: \"\"Neftçi\" və \"Xəzər-Lənkəran\" bizi bir neçə addım qabaqlayırlar\"

Aslan Kərimov: \"\"Neftçi\" və \"Xəzər-Lənkəran\" bizi bir neçə addım qabaqlayırlar\"
\"Bu mənim karyeramın sonuncu ilidir. Futbolu bitirdikdən sonra doğma komandada məşqçi kimi çalışmaq istəyirəm. Futbolçu karyeram ərzində öyrəndiklərimin də mənə kömək olacağına inanıram\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qarabağ\" klubunun futbolçusu Aslan Kərimov deyib. Aslan eyni zamanda Premyer Lliqanın final mərhələsi haqqında da danışıb: \"Nəzəri cəhətdən ilk 5-ci pillədə qərarlaşan komandaların çempionluq şansı var. Amma sonda bir komanda çempion olacaq. Əlbəttə, ən az səhv edən sonda sevinəcək. \"Neftçi\" və \"Xəzər-Lənkəran\" bizdən öndə qərarlaşıb. Deməli, onlar bizi bir neçə addım qabaqlayırlar. Final mərhələsində bütün nəticələrə hazır olmalıyıq. Hazırda bizi AZAL-la oyun gözləyir. Nazim Süleymanov döyüşkən komanda yaradıb. Gərgin oyun olacaq. Təsnifat mərhələsindəki görüşlərdə \"təyyarəçi\"ləri məğlub edə bilməmişik. Bu da rəqibin gücünü göstərir. \"Qarabağ\" hər oyuna ciddi hazırlaşır. Ümumiyyətlə, uzun müddətli karyeramda bunu öyrənmişəm ki, hər bir oyuna ciddi köklənmədən sonda uğurlu nəticəyə ümid etmək olmaz\".

Bütün xəbərlər Facebook səhifəmizdə