"Çelsi" futbol klubunun ulduz futbolçusu Con Terri yenidən futbol üzrə İngiltərə yığma komandasının kapitanı sarğısını daşıya bilər. Siasport.az saytı xəbər verir ki, İngiltərə yığma komandasının italyan baş məşqçisi Fabio Kapello artıq ingilis mediyasına verdiyi müsahibəsində bu qənaətdə olduğunu açıqlayıb. O qeyd edib ki, kapitanlıq sarğısının yenidən C.Terriyə verilməsi həm komandada futbolçular arasında yeniliyə səbəb olacaq, həm də C.Terrinin təcrübəsi komandanın ən prinsipial qarşılaşmalarda nizamlı oyun göstərməsinə müsbət mənada təsir edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB