Azərbaycan gimnastı Marina Durunda lentlə yarışlarda finala yüksəlib

Azərbaycan gimnastı Marina Durunda lentlə yarışlarda finala yüksəlib

Gürz və lentlə fərdi proqram üzrə yarışlar başa çatıb. Lentlə yarışda Rusiya idmançıları ilk üç pillədə qərarlaşıblar. Marqarita Mamun 19.350 xalla birinci, Yana Kudryavtseva 19.300 xalla ikinci, Aleksandra Soldatova 19.000 xalla üçüncü olublar.

Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.350 xalla 14-cü pillədə qərarlaşıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.

Gürzlərlə yarışlarda da rusiyalı gimnastların üstünlüyü hiss olunub. Yana Kudryavtseva (19.450 xal) birinci, Marqarita Mamun (19.400 xal) ikinci, Aleksandra Soldatova (18.900 xal) üçüncü olublar. Azərbaycan gimnastları gürzlə yarışlarda finala vəsiqə qazana bilməyiblər. Belə ki, Marina Durunda 13-cü, Jalə Piriyeva isə 18-ci olub.

Çoxnövçülük üzrə yarışın qalibləri müəyyənləşib. Dörd hərəkətin cəmində medallar rusiyalı gimnastlara qismət olub. Hesabında 77.150 xal olan Marqarita Mamun qızıl medala sahib olub. Yana Kudryavtseva 77.050 xalla gümüş, Aleksandra Soldatova 75.850 xalla bürünc medal qazanıblar. Çoxnövçülük üzrə yarışda Marina Durunda 10-cu, Jalə Piriyeva isə 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə