Mingəçevirdə avarçəkmə üzrə Beynəlxalq \"Prezident Kuboku” reqatasının açılış mərasimi keçirilib

Mingəçevirdə avarçəkmə üzrə Beynəlxalq \"Prezident Kuboku” reqatasının açılış mərasimi keçirilib

Bu gün Mingəçevirdə yerləşən \"Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında ənənəvi Beynəlxalq \"Prezident Kuboku" reqatasının açılış mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, mərasimdə Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Mingəçevirin icra başçısı Mübariz Ağayev, Bakı şəhər Gənclər və İman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmi şəxlər iştirak ediblər.

Açılış üçün paradın hazır olması barədə məruzə oldunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Mingəçevirin icra başçısı Mübariz Ağayev Azərbaycan idmanına dövlət qayğısından, idmançılarımızın beynəlxalq səviyyədə uğurlarından söz açıb". "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin geniş imkanlarından danışan icra başçısı burada beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait olduğunu qeyd edib. M.Ağayev yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Azərbaycanın müstəqilliyi dövründə idmanda möhtəşəm uğurlar əldə etdiyini qeyd edib. O, azərbaycan idmanının sürətlə inkişaf etdiyini bildirib. O, yarışda mübarizə aparacaq idmançılara uğurlar arzulayıb və güclü olanların qalib gəlməsini diləyib.

Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da \"Kür" Olimpiya Tədris-İdman Mərkəzinin Dünya səviyyəsində möhtəşəm qurğu olduğunu vurğulayıb, mərkəzin imkanlarından danışıb. O məşqçi heyətinə, idmançılara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə