"Neftçi" artıq Lənkərandadır

"Neftçi" artıq Lənkərandadır

NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Xəzər Lənkəran"la cavab oyununa hazırlaşan "Neftçi" artıq Lənkərandadır. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri "Qala" otelində məskunlaşıblar. Flaqman hazırlığı bu gün başa çatdıracaq. "Neftçi" oyunun keçiriləcəyi Lənkəran şəhər mərkəzi stadionunda məşq edəcək. Məşqdə zədəlilər - Emil Mpenza, Yasin Hima, Amit Quluzadə və Paulius Qrabauskas iştirak etməyəcəklər. Hazırda komandada yüksək əhval-ruhiyyə hökm sürür.

Qeyd edək ki, martın 8-də keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" oyunu saat 18:00-da başlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə