Vüqar Nadirov: “Bütün mövqelərdə ən azı 2 futbolçumuz var”

Vüqar Nadirov: “Bütün mövqelərdə ən azı 2 futbolçumuz var”

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, gündə 2 dəfə olmaqla məşq edən komanda çempionatın final mərhələsinə hazırlaşır. Yüksək tempdə davam edən təlim-məşq toplanışında futbolçuların yaxşı formada olması diqqətdən qaçmır. Xüsisilə, qış fasiləsindən sonra baş tutan 3 görüşdə meydanda olan, yüksək hazırlığı ilə diqqəti cəlb edən Vüqar Nadirovu vurğulamaq lazımdır. "Qəbələ" və "Turan"la oyunlarda qol ötüməsi verən, sağ cinahda hərəkətliliyi ilə rəqiblərə baş ağrısı yaradan 23 yaşlı forvard final mərhələsi haqda belə düşünür: "Allaha şükür, hazırlığımız yaxşı gedir. Final mərhələsinə 3-cü pillədə qədəm qoymağımız da bizə əlavə ruh yüksəkliyi gətirib. Hə, bəlkə də çoxları bizdən son 3 oyunda qələbə gözləsə də, 2 darmadağın gözləmirdi. Amma biz başımızı aşağı salıb öz işimizlə məşğuluq. Çempionatın startından zədələrdən əziyyət çəkmişdik. Üstəlik, iyunun əvvələrindən dayanmadan oynayırdıq. Amma qışda yaxşı hazırlaşdıq. Üstəlik, zədəlilərimiz sağaldı, yeni transferlərlə gücləndik. Demək olar ki, bütün mövqelərdə ən azı 2 futbolçumuz var. Son oyunlarda yaxşı formada olmağıma gəlincə, təkcə mən yox, bütün komanda yaxşı formadadı. Belə də hamının işi asanlaşır. Düzdür, 2 ötürmə vermişəm. Amma qol vurmaq üçün də imkanlarım oldu. Hücumçunun işi qol vurmaq olsa da, əsas komandanın qələbəsidi. Kimin vurmasının elə də önəmi yoxdu.

Final mərhələsinə də ciddi hazırlaşırıq. Bizi bir-birindən çətin 10 final oyunu gözləyir. Hər qələbənin böyük əhəmiyyəti var. İnşallah, qələbə seriyasını davam etdirmək istəyirik. Bilirik ki, hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir. Bu bizim məsuliyyətimizi artırır. Amma komandamıza inanırıq. Çempionatı ilk üçlükdə bitirsək əla olar".

Bütün xəbərlər Facebook səhifəmizdə