Yoahim Löv daha iki il Bundestemi çalışdıracaq

Yoahim Löv daha iki il Bundestemi çalışdıracaq

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Lövün yığmadakı gələcək taleyinə aydınlıq gəlib. Almaniya Futbol Federasiyasının rəsmi saytınını yaydığı məlumata görə, 56 yaşlı mütəxəssis daha iki il Bundestimi çalışdıracaq. Lövün komandası "Avro-2016"nın yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Buna baxmayaraq federasiya rəhbərliyi Lövlə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Löv "DÇ-2018"in seçmə mərhələsində də Almaniya millisinin baş məşqçi vəzifəsində qalacaq.

Qeyd edək ki, 2006-cı ildən Almaniya yığmasını çalışdıran Löv 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə