Hugo Almeyda “Beşiktaş”a gəldiyinə görə peşman olub

Hugo Almeyda “Beşiktaş”a gəldiyinə görə peşman olub

Deyəsən məğlubiyyətləri ard-arda sıralayan İstanbulun "Beşiktaş" futbol klubunun yeni transferləri də bu klubu seçdiklərinə görə peşmanlıq çəkməyə başlayıblar. Siasport.az saytı xəbər verir ki, Istanbul klubunun Almaniyanın "Verder Bremen" futbol klubundan transfer etdiyi Hugo Almeyda Verder əyalətinin "Wesser Kurier" qəzetinə verdiyi müsahibədə bildirib ki, hazırda "Beşiktaş"da yaxşı günlərini keçirmir və bu kluba gəldiyinə çox peşmandır. O, bir sıra qarşılaşmalarda qol vura bilmədiyi zaman İstanbul klubunun azarkeşləri tərəfindən hədsiz etirazlara və həttda bir sıra hallarda təhqirlərə belə məruz qaldığını dilə gətirib. O vurğulayıb ki, Türkiyədə futbol oyunları zamanı sərt şəkildə topa deyil, futbolçuya zərbə endirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə