Sarvan Rəsulov: “Azərbaycan və Türkiyə dağçılarının Ağrı dağına birinci qış ekspedisiyası təxirə salınıb”-AÇIQLAMA

Sarvan Rəsulov: “Azərbaycan və Türkiyə dağçılarının Ağrı dağına birinci qış ekspedisiyası təxirə salınıb”-AÇIQLAMA

"Azərbaycan və Türkiyə dağçılarının Ağrı dağına birinci qış ekspedisiyası təxirə salınıb". Bu sözləri siasport.az saytına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulov deyib. O, idçançılarımızın Ağrı dağına 4200 metr məsafəyə qədər qalxdıqlarını, hava şəraiti uzun müddətli kəskin olduğuna görə geri qayıtdıqlarını bildirib: "Məlumdur ki, Ağrı dağa çıxmaq ən çətin marşurutlardandır. Hava şəraitinə görə Türkiyə idmançıları 4 ildir ki, qış ekspedisiyasını təxirə salırlar. Bizim idmançılarımız 4200 metr məsafəyədək qalxdıqdan sonra məlumat verildi ki, hava şəraiti çox kəskindir və bu bir müddət davam edəcək. Ona görə ekspedisiya təxirə salındı. Növbəti il yenə də ekspedisiya təşkil olunacaq. Onu da bildirim ki, idmançılarımız fiziki cəhətdən yaxşı hazırlıqlıdırlar. Komandamızın tərkibi, ləvazimatları və təchizatı ekstremal şəraitdə özünü çox yaxşı göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə