\"Arsenal\" \"Barselona\"nı məğlub etdi

\"Arsenal\" \"Barselona\"nı məğlub etdi

\"UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub. Azarkeşlər üçün ən maraqlı oyun \"Arsenal\" - \"Barselona\" matçı olub. Oyunda meydan sahibi qələbə qazanıb. İlk dəqiqələrdən irəli atılan \"Barselona\" 26-cı dəqiqədə hesabı açıb. Lionel Messinin ötürməsini David Vilya dəqiq zərbə ilə tamamlayıb. 78-ci dəqiqədə Robin van Persi tarazlığı bərpa edib. \"Arsenal\" qələbə qoluna da imza atıb. 83-cü dəqiqədə Samir Nasridən ötürmə alan Andrey Arşavin \"topçular\"ı sevindirib.

Digər oyunların nəticələrini nəzərinizə çatdırırıq:

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

15 fevral

Milan (İtaliya) - Tottenhem (İngiltərə) 0:1

Qol: Peter Krouç, 80.

Valensiya (İspaniya) - Şalke 04 (Almaniya) 1:1

Qollar: Roberto Soldado, 17 - Raul, 64.

16 fevral

Roma (İtaliya) - Şaxtyor (Ukrayna) 2:3

Qollar: Simon Perrotta, 28. Ceremi Menez, 61 - Yadson, 29. Duqlas Koşta, 36. Luis Adriano, 42.

Arsenal (İngiltərə) - Barselona (İspaniya) 2:1

Qollar: Robin van Persi, 78. Andrey Arşavin, 83 - David Vilya, 26.

22 fevral

Kopenhagen (Danimarka) - Çelsi (İngiltərə)

Olimpik (Lion, Fransa) - Real (İspaniya)

23 fevral

Olimpik (Marsel, Fransa) - Mançester Yunayted (İngiltərə)

İnter (İtaliya) - Bavariya (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня