Şəhriyar Məmmədyarov: "Bizə inanan insanların ümidlərini doğrultmaq istəyirik" AÇIQLAMA
"Bakı Şahmat Olimpiadasına hazırlıq məqsədi ilə Qəbələdə keçirilən təlim-məşq toplanışını yüksək qiymətləndirirəm. Yığma üzvlərinin birgə hazırlıq keçməsi müsbət haldır. Bildiklərimizi bir-birimizlə bölüşürük. Rəqiblər haqda müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə, hazırlığın milliyə çox böyük faydası olacaq". SİA-nın məlumatına görə, bunu şahmat üzrə milli komandamızın üzvü Şəhriyar Məmmədyarov deyib. O qeyd edib ki, milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak etdiklərinə görə aralarında ünsiyyət az olur: "Bu baxımdan birlikdə hazırıq önəmli şərtdir. Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. Hətta idmanla məşğul olmağa da vaxtımız oldu. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri yarışa böyük həvəslə hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidlərini doğrultmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB