Millət vəkili: “Azərbaycan inkişaf dinamikasını dünyaya göstərə bildi” AÇIQLAMA
"Bütün dünyanın idman həvəskarları "Formula-1" üzrə Avropa Qran-Prisinin keçirilməsini gözləyirdi. Bu yarışlar Amerika və Avropanın böyük şəhərlərində keçirildi. İlk dəfə idi ki, "Formula-1" yarışları Azərbaycanda təşkil olundu. Bütün dünya Azərbaycanda Avropa Qran-Prisinin Təşkilat Komitəsinin yükək səviyyədə, peşəkarlıqla işlədiyinin şahidi oldu". Bunu SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyev deyib.
O qeyd edib ki, Bakı Şəhər Halqası elə qurulmuşdu ki, yarışlar zamanı azarkeşlər şəhərimizin gözəlliyinin şahidi olurdu: "Yarış trası Azərbaycanın tarixi və ən müasir infrastruktura malik yerlərindən keçirdi. Bu yarışları televiziya vasitəsilə 500 milyondan çox insan izlədi. Ölkəmizə də çoxlu turistlər gəldi. Bütün tamaşaçılar Azərbaycanın mədəniyyəti, tarixi və müasirliyi ilə tanış oldu. Azərbaycan keçirdiyi son bir neçə mötəbər beynəlxalq tədbirlər vasitəsilə iki min il ərzindəki inkişaf dinamikasını dünyaya göstərə bildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB