"Avro-2016"da daha iki oyun keçirilib. D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.
İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaqdı. Ante Çaçiçin komandası 2:0 hesabı ilə öndə olsa da, matçın sonlarında qələbəni əldən veriblər - 2:2.
Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə görüşüb. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşə ən azı bir xal qazanmaq üçün çıxmışdı. Lakin ispanlar buna imkan verməyib. Rəqibə 3 cavabsız qolla qalib gələn Visente del Boskenin komandası 1/8 finala adlayıb. Türkiyə millisinin isə çətin də olsa, qrupdan çıxmaq şansı nəzəri olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB