Bu gün Bakıda start götürən Formula-1 Avropa Qran-prisinin 1-ci test yürüşü başa çatıb. SİA-nın məlumatına görə, hər biri 2 pilotdan ibarət 11 komandanın qatıldığı yarışda "Mercedes"in sürücüsü Luis Hamilton 1-ci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq 2-ci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk 3-lüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə).
Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB