Azarkeşlər pilotların avtoqraf sessiyalarına qatılacaqlar CƏDVƏL

Azarkeşlər pilotların avtoqraf sessiyalarına qatılacaqlar CƏDVƏL

Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisinə bilet almış tamaşaçılar tanınmış pilotların avtoqraf sessiyalarına qatılmaq imkanları əldə edəcəklər. Sabah ilk olaraq Formula 1 Şəhərciyinin səhnəsində təşkil olunacaq avtoqraf sessiyalarında saat 16:50-dən etibarən iştirak etmək mümkün olacaq. Növbəti avtoqraf sessiyaları yarış həftəsonunun hər bir günündə müxtəlif komandaların iştirakı ilə yenə eyni yerdə keçiriləcək. Tamaşaçılara tövsiyə olunur ki, sevimli komandaları ilə rahat görüşə bilmək üçün məkana təyin olunan vaxtdan bir qədər tez gəlsinlər.

İyunun 16-dan etibarən başlayacaq avtoqraf sessiyalarında azarkeşlər "Ferrari", "Mercedes", "Red Bull Racing" və "Toro Rosso" komandalarının pilotları ilə görüşəcəklər. Bu görüş 2016 Formula 1 Avropa Qran Prisi üçün möhtəşəm başlanğıc olacaq.

Avtoqraf sessiyalarının cədvəli:

Cümə axşamı, 16 iyun:

Ferrari 16:50 - 17:10

Red Bull 18:00 - 18:20

Mercedes 18:20 - 18:40

Toro Rosso 18:40 - 19:00

Cümə, 17 iyun:

Haas F1 Team 11:00 - 11:20

McLaren 11:00 - 11:20

Şənbə, 18 iyun:

Renault 12:20 - 12:40

Force India 12:40 - 13:00

Bazar, 19 iyun:

Manor 12:40 - 13:00

Williams 13:00 - 13:20

Sauber 14:00 - 14:20

Bütün xəbərlər Facebook səhifəmizdə