"Arsenal"ın əvsanəvi baş məşqçisi Arsen Venger gələn mövsümdən başlayaraq klubu tərk edəcək. Siasport.az idman saytı ingilis mətbuatına istinadən xəbər verir ki, təcrübəli fransız mütəxəssis məşqçiliklə vidalaşmağı qərara alıb. İngiltərənin "Deyl teleqraf" qəzeti yazır ki, artıq A.Venger bu qərarını klub rəhbərliyinə də çatdırıb. Məlumatda deyilir ki, əvvəlcə onun qərarına etirazla yanaşan "Arsenal" rəhbərliyi, ciddi və əsəbi xarakterə malik olan təcrübəli mütəxəssisin bu qərarına sonda hörmətlə yanaşmaq məcburiyyətində qalıb. Çünki A.Venger qərarında qəti olduğunu deyib. İngilis mətbuatı yazır ki, buna baxmayaraq klub rəhbərliyi bu tanınmış mütəxəssisi əldən buraxmaq fikrində deyil. Belə ki, "Arsenal" rəhbərliyi A.Vengerə klubda rəhbər vəzifələrdən birini həvalə etmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB