Məktəblərdə Bakı Şahmat Olimpiadası haqqında silsilə tədbirlər keçirilir FOTOLAR
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə şagirdlər üçün silsilə tədbirlər həyata keçirir. SİA-nın məlmatına görə, layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlardan məlumatlar verilir, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında videoçarx nümayiş etdirilir. Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə danışılır. Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır.
Layihə Naxçıvan, Şəmkir, Gəncədən sonra Bakı məktəblərində icra olunur. Əsas məqsəd Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdir.

.jpeg)
.jpeg)
.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB