Teymur Rəcəbov: "Real Madrid"də bütün ulduzların toplaşması ədalətsizlikdir" AÇIQLAMA
"ShamkirChess 2016" turnirində 4-cü turun görüşləri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçıları Eltac Səfərli və Teymur Rəcəbov bu turda heç-heçə oynayıblar. Rəqiblər 33-cü gedişdə sülh imzalayıblar.
Partiyadan sonra hər iki şatmatçı oyun haqda fikirlərini bildiriblər.
Teymur Rəcəbov: "Ümumiyyətlə maraqlı oyun alındı. Qarşılaşma ilk gedişdən bərabər səviyyədə başladı və sonadək belə davam elədi. Bəlkə də bunu dünən futbola baxmağımızla izah etmək olar. Belə ki, hər ikimiz UEFA Çempionlar Liqasının final görüşünü izlədiyimiz üçün gec yatmışıq.
Heç vaxt hansısa bir futbol komandasına azarkeşlik etməmişəm. Dünənki oyuna isə sadəcə olaraq bir şounun şahidi olacağım üçün baxdım. Fikrimcə, "Real Madrid"də bütün ulduzların toplaşması ədalətsizlikdir. İspaniyada dəfələrlə olmuşam və orada azarkeşlərin həyəcanlarını da görmüşəm. İspaniya azarkeşlərinə tamaşa etmək çox maraqlıdır. Amma belə Britaniyanın "Tottenhem" komandasının oyunlarını izləyirəm".
Eltac Səfərli də həmçinin qeyd edib ki, böyük futbol azarkeşi deyil. Ona bu turnirdə yardım edən qrossmeyster Nicat Abasov "Real Madrid"in fanatı olduğundan birgə azarkeşlik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB