Nazir: "ShamkirChess" turniri FİDE-nin təqvimində xüsusi yer tutur" AÇIQLAMA

Nazir: "ShamkirChess" turniri FİDE-nin təqvimində xüsusi yer tutur" AÇIQLAMA

"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu, Dünya Kubokunun qalibi idi". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, "ShamkirChess" turniri Vüqar Həşimovun xatirəsini yaşatmaq baxımından önəmli əhəmiyyət kəsb edir: "Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir. "ShamkirChess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər".

Xatırladaq ki, "ShamkirChess" superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir. Bu gün yarışın açılış və püşkatma mərasimi keçirilib. Sabah isə turnirin ilk turuna start veiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə