"Mançester Yunayted" Lui van Qalla yollarını ayırdı

"Mançester Yunayted" Lui van Qalla yollarını ayırdı

Lui van Qalın "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən getməsi rəsmiləşib. SİA-nın məlumatına görə, klubun rəsmi saytı hollandiyalı mütəxəssislə yollarını ayırdıqlarını açıqlayıb.

Eyni zamanda yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcəyi vurğulanıb. Mançester təmsilçisini yeni mövsümdən portuqaliyalı mütəxəssis Joze Mourinyonun çalışdıracağı gözlənilir.

Qeyd edək ki, 2014-cü ildən "Mançester Yunayted"i çalışdıran Lui van Qal ilk mövsümündə Premyer Liqanı 4-cü pillədə başa vurub. Ötən mövsüm isə 64 yaşlı mütəxəssis komandası ilə İngiltərə Federasiya kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə