"Kopenhagen" Danimarka çempionu olub

"Kopenhagen" Danimarka çempionu olub

Futbol üzrə Danimarka çempionatında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, "Kopenhagen" klubu 30-cu turda evdə "Norşelland"a 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində turnir cədvəlində ən yaxın izləyicisi "Sonneryuks"u 10 xal qabaqlayan "Kopenhagen" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Kopenhagen"in tarixi ərzində 11-ci çempionluğu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə