Adebayor İstanbula gəlir

"Qalatasaray" rəhbərliyi indi də üzünü İngiltərə Premyer Liqasına çevirib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın idman direktoru Adnan Sezgin "Mançester Siti"də forma geyinmək şansı azalan toqolu futbolçu Adebayoru müəyyən müddətdə icarəyə götürmək üçün rəhbərliklə danışıqlara başlayıb. İngiltərə çempionatında çempionluq uğrunda mübarizə aparan "mavi-ağlar"ın da bu transferə müsbət yanaşdıqları bildirilir. Çünki 35 milyon Avroya Dzekonu tranfser edən "Mançester Siti"nin bundan sonra daha çox ehtiyat oyunçular skamiyasında əyləşəcək Adebayora əlavə pul ödəmək istəmir.Bundan başqa Adebayorun özünün də formasını qorumaq üçün bu transferə qarşı çıxmadığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə