"Gənclərbirliyi" "Qaziantepspor"u məğlub edib

Futbol üzrə Türkiyə Superliqasında 30-cu turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, "Qaziantepspor" öz meydanında "Gənclərbirliyi"ni qəbul edib. Fasiləyə 0:1 hesabı ilə geridə yollanan meydan sahibləri ikinci hissədə də məğlubiyyətdən xilas ola bilməyib - 1:3.

Qeyd edək ki, bu qələbədən sonra xalını 41-yə yüksəldən "Gənclərbirliyi" turnir cədvəlinin 9-cu, "Qaziantepspor" isə 32 xalla 14-cü pilləsində qərarlaşıb.

25 aprel

Türkiyə Superliqası

30-cu tur

"Qaziantepspor" - "Gənclərbirliyi" 1:3
Qollar: El Kabir, 19 (0:1), Şahin, 60 (0:2), Putsila, 63 (1:2), Stanku, 68 (1:3)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...