Yeniyetmə idmançılar arasında konkur üzrə yarış keçirilib FOTOLAR

Yeniyetmə idmançılar arasında konkur üzrə yarış keçirilib FOTOLAR

Respublika Atçılıq Məktəbinin idman manejində məktəblilər arasında atçılığın konkur növü üzrə "Yaz birinciliyi" turniri keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 yeniyetmə idmançı öz qüvvəsini sınayıb.

Fəxri qonaq qismində yarışı izləyən Azərbaycan Respublikası Atçılıq Federasiyanın prezidenti Elçin Quliyev turnirin sonunda qalib idmançılara qiymətli hədiyyələr təqdim edib. Turnirdə idmançıların hazırlıq səviyyəsini müsbət qiymətləndirən Federasiya prezidenti hər bir iştirakçının problemləri ilə yaxından tanış olub, idmançılara mümkün dəstəyin göstərilməsi, hər ay məktəb daxili yarışların keçirilməsi və xüsusi potensialı olanların fərdi atlarla təmin olunması barədə müvafiq tapşırıqlar verib, məktəbin rəhbər heyətinə, məşqçilərə və idmançılara tövsiyələrini çatdırıb.

Tədbirin sonunda ARAF-ın prezidenti Elçin Quliyev, Federasiyanın idarə heyətinin üzvləri, məktəb nümayəndələri və yarış iştirakçıları ilə xatirə fotoşəkili çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə