U-19 (qızlar) bu gün yoldaşlıq oyunu keçirəcək

U-19 (qızlar) bu gün yoldaşlıq oyunu keçirəcək

Bu gün futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, qarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Gülnurə Əkbərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək. "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq oyun saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə