"Beşiktaş" "Eskişehirspor"u məğlub edib

"Beşiktaş" "Eskişehirspor"u məğlub edib

Türkiyə Superliqasında 24-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma keçirilib. "Beşiktaş" öz meydanında autsayder "Eskişehirspor"u qəbul edib. Bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılan "qara qartal" lider "Fənərbaxça" ilə xal fərqini 2-yə endirib.

Qeyd edək ki, "Beşiktaş" "Fənərbaxça" ilə müqayisədə bir oyun az keçirib.

Əlavə edək ki, "Beşiktaş" 54 xalla 2-ci, "Eskişehirspor" isə 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Türkiyə Superliqası

24-cü tur

"Beşiktaş" - "Eskişehirspor" 3:1
Qollar: Hatçinson, 29 (1:0), Qomez, 36 (2:0), 70 (3:0), Hadziç, 89 (3:1)

Bütün xəbərlər Facebook səhifəmizdə