Dünya Kubokunun final mərhələsi başlayıb

Dünya Kubokunun final mərhələsi başlayıb

Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya "Challenge" Kuboku yarışlarının final mərhələsinə start verilib. Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.

Final mərhələsi kişilərin sərbəst hərəkətlər yarışları ilə başlayıb. Kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk medallar uğrunda gücünü sınayır.

Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə