Şahmatçılarımız İranda yarışırlar

Şahmatçılarımız İranda yarışırlar

İranın Məşhəd şəhərində keçirilən "Firdovsi Open" beynəlxalq şahmat turnirinin başa çatmasına 1 tur qalıb. SİA-nın məlumatına görə, 8-ci turda Litva təmsilçisi Virginyus Qrabliauskası məğlub edərək aktivinə 6.5 xal yazan Qədir Hüseynov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Azər Mirzəyev isə yerli şahmatçı Rastin Rəhimian üzərində qələbə qazanaraq 6 xalla 7-18-ci yerləri bölüşdürür. O, əlavə göstəricilərə gorə 15-ci yerdədir.

Bu turda məğlubiyyətlə üzləşən Vüqar Rəsulov 5.5 xalla 19-cu yerin sahibidir.

Qeyd edək ki, turnirdə ölkəmizlə yanaşı, Gürcüsütan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Litva, İran və İraqdan 178 zəka sahibi birincilik uğurunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə