"Moskva Open-2016" beynəlxalq şahmat festivalı davam edir. Festival çərçivəsində bir neçə turnir keçirilir. Yarışda 33 ölkədən, ümumilikdə mindən artıq şahmatçı qələbə uğrunda mübarizə aparır. Ölkəmizi festivalın müxtəlif turnirlərində 20 şahmatçı təmsil edir.
İki turdan sonra "A" turnirində iştirak edən Ülvi Bacarani, Fərid Aslanov, Aydın Süleymanlı və Məhəmməd Muradlı 1,5 xal toplayıb. Günay Məmmədzadə, Kənan Qarayev, Əhməd Əhmədzadə, Aqil Pirverdiyev və Vüqar Əsədlinin isə 1 xalı var.
"B" turnirində mübarizə aparan təmsilçimiz Xanım Balacayeva 2 oyundan aktivinə 1 xal yazdırmağa müvəffəq olub.
"C" turnirində iştirak edən Atilla Eynullayev və Elmar Qasımov 1,5 xal, Şahin Hacıyev 1 xal, Fərid Mustafayev və Altay Eynullayev isə 0.5 xal toplayıblar.
Doqquz yaşadək qızların yarışında isə 4-cü turun oyunları yekunlaşıb. Bu turda mübarizə aparan Səmra Qasımova liderlərdən yarım xal az toplayaraq 3,5 xalla 3-cü pillədə qərarlaşıb. Aydan Şükürova isə aktivinə 2,5 xal yazaraq 17-ci yerdədir.
Yarış fevralın 6-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB