AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib

AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib

İsveçrənin Nyon şəhərində UEFA-nın növbəti iclası keçirilib. AFFA-nın rəsmi saytı xəbər verir ki, qitə futbol qurumunun mənzil qərargahında təşkil olunan tədbir UEFA-nın üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyıb.

İki gün davam edən iclasda UEFA-nın İcraiyyə Komitəsinin qəbul olunan yeni qərarları barədə milli assosiasiyaların nümayəndələrinə məlumat verilib. FİFA prezidenti vəzifəsinə namizəd Cianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da tədbirdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə