"Erkən nikahlar bir çox hallarda intiharla nəticələnir" PSİXOLOQ RƏYİ
"Erkən nikahlar yeniyetmə və hələ uşaqlığından ayrılmamış azyaşlıların psixoloji durumuna çox mənfi təsir göstirir. Əlində gələncik oynatmalı olan azyaşlının gəlinlik geyinməsi olduqca ağır durumdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərəh Quliyeva deyib.
O, erkən yaşda nikaha girməyə məcbur edilən azyaşlılarda ağır psixoloji problemlər yarandığını qeyd edib: "Hələ özlərinin sevgi və nəvazişə ehtiyacları olduğu halda, o azyaşlılar qayğılarla necə yüklənə bilərlər? Belə uşaqlar psixoloji problemlərlə qarşılaşırlar. Onlar ağır stress və depressiyalarla üzləşirlər. Erkən nikahlar bir çox hallarda intiharlarla nəticələnir".
Psixoloq bildirib ki, belə məsələlərin kökündə maariflənmənin az olması dayanır: "Bəzən ucqar kənd və rayonlarda insanlar ən böyük uğurun evlənmək olduğunu düşünürlər. Uşaqların gözü yaşlı şəkildə, valideynlərin təkidi ilə gəlinlik geyinmələri onların həyatında silinə bilinməyəcək acıya çevrilir. Erkən nikahlar maariflənmək istəməyən böyüklərin problemləridir. Azyaşlılar özlərini müdafiə edə bilmirlər. Ona görə, sağlam düşüncəli ətraf mühit formalaşmalıdır. Sağlam psixologiyalı, inkişafa meyl edən ailə azyaşlının nikaha həm fiziki, həm də psixoloji cəhətdən hazır olmadığını dərk etməlidir. Bu sahədə maarifləndirmə işləri çoxaldılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB