AZAL klubu "Sumqayıt"la daha bir yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Premyer Liqanın III dövrəsinə hazırlığı davam etdirən komandalar arasında oyun "təyyarəçilər"in qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada qapılara 3 qol vurulub. Onlardan ikisi AZAL-ın, biri "Sumqayıt"ın hesabına yazılıb. AZAL-ın qollarını Tərlan Xəlilov və Ruslan Nəsirli, "Sumqayıt"ın qolunu isə Pərdis Fərcad Azad vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB