Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V tur çərçivəsində bir oyun keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində "Telekom" və "Gənclik" komandaları qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz "Telekom"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə "Telekom" 14 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Lokomotiv" 13 xalla ikinci, "Azərreyl" isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB