Antonio Silvesteri: "Azərbaycan yarışı elə təşkil edib ki, görüşləri özüm idarə etmək istəyirəm" AÇIQLAMA

Antonio Silvesteri: "Azərbaycan yarışı elə təşkil edib ki, görüşləri özüm idarə etmək istəyirəm" AÇIQLAMA

Bakı İdman Sarayında keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Azərbaycanda səfərdə olan Dünya Güləş Birliyinin (DGB) Hakimlər Kollegiyasının sədri Antonio Silvesteri ölkəmizdə keçirilən möhtəşəm yarış haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin təşkilati işlərindən çox razıyam. Burada idmançı, məşqçi, hakim və nümayəndələr üçün hər cür şərait yaradılıb. Turnir gərgin mübarizə şəraitində keçir. Kişilərlə bərabər qadınlar üçün də yüksək şərait var və onlar yarışda birlikdə iştirak edirlər. Bu isə güləşin inkişafında mühüm rol oynayır".

O qeyd edib ki, "Qızıl Qran Pri" beynəlxalq turniri dünyanın ən güclü güləş yarışlarındandır: "Bu turnirdə güclü güləşçilər yarışırlar. Azərbaycan yarışı elə təşkil edib ki, meydana çıxıb görüşləri özüm idarə etmək istəyirəm. Ölkə rəhbərliyi və Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə