Samboçularımız dünya çempionatında

Samboçularımız dünya çempionatında

Noyabrın 13-də Mərakeşdə sambo üzrə dünya çempionatı başlayıb. Mundialda ölkəmizi 8 idmançı təmsil edir. Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Nəsimi Umbayev, Mehman Xəlilov, Cavidan Qarayev, Emil Həsənov, Amil Qasımov və Nazir Əlisultanov mükafatlar uğrunda mübarizə aparırlar.

Daha iki idmançımız – Fərid Yusifov və Nizami Məmmədov isə döyüş sambosu yarışlarında iştirak edəcək.

Çempionata noyabrın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə