İsveçdə son, Argentinada isə sona bir tur qalmış çempionun adına aydınlıq gəlib. İsveç çempionatının 30-cu turunda "Norrçöpinq" səfərdə "Malmö"nü 2:0 hesabı ilə məğlub etməklə qızıl medallara sahib olub. "Norrçöpinq" sayca 13-cü çempinluğunu yaşayıb. Komanda son dəfə 1989-cu ildə çempionluq kubokunu başı üzərinə qaldırıb.
Argentinada isə çempionatın başa çatmasına bir tur qalmış "Boka Xuniors" çempionluğu təmin edib. Karlos Tevesin də şərəfini qoruduğu komanda 29-cu turda "Tiqre"yə qalib gəlib - 1:0.
Bu qələbədən sonra "Boka" ikinci pillədə qərarlaşan "San-Lorenso" ilə xal fərqini altıya çatdıraraq, rəqibi üçün əlçatmaz olub. "Boka Xuniors" 31-ci dəfə Argentina çempionu olub.
Karlos Teves Argentina çempionatında keçirdiyi 12 oyunda 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB