Sarkisyanın konstitusiyaya dəyişiklik etməsinin ƏSAS SƏBƏBİ-AÇIQLAMA
"Serj Sarkisyanın konstitusiyaya dəyişiklik etməkdə əsas məqsədi öz hakimiyyətinin davamlılığına nail olmaqdır". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, kasıb Ermənistan Avropa və Amerikadan pul almağa möhtacdır və Sarkisyan bu gəlir mənbəyini əldən vermək istəmir: "Avropa və Amerika demokratiya adı altında Ermənistana birlikdə hesablasaq, təxminən yüz milyon dollar pul göndərir. Sarkisyan gəlir mənbələrini əldən vermək istəmir. O, həm bu pulu, həm də hakimiyyətini saxlamaq niyyətindədir. Sarkisyan konstitusiya islahatına gedərək, Emənistanı parlament respublikasına çevirəcək və rəhbəri olduğu "Respublika" partiyasının deputatları çoxluq təşkil edəcək ki, o da istənilən halda parlamentdə hökumətin tərkibini dəyişə biləcək. Sarkisyan keçmiş Sovet İttifaqı Kommunist Partiyası modeli yaratmaq istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB