"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi uzun müddətdən sonra məşqlərə başlamışdı. Fransız futbolçu 7 aydan sonra fiziki hazırlıq üzrə məşqçinin nəzarətində fərdi qaydada hazırlıq keçirdi. Ancaq təcrübəli oyunçudan bəd xəbər gəlib.
Yaxın vaxtlarda ümumi qrupda məşqlərə qoşulacağı gözlənildiyi halda, Riberi yenidən topuğundan zədələnib. O, 17 dəqiqə sonra məşqi dayandırıb. Müayinənin ardından futbolçunun vəziyyəti ilə bağlı məlumat veriləcək.
Riberi ötən mövsüm mart ayında Çempionlar Liqasının qrup mərhələsinin 1/8 finalında "Şaxtyor"a qarşı (7:0) cavab qarşılaşmasında zədələnmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB