Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. SİA-nın məlumatına görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Yarışların son günü 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
85 kq-da mübarizə aparan Soltan İsmayılov ilk görüşdə İrandan Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə son dünya çempionatının qızıl medalçısı Ukrayna təmsilçisi Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi Aleksey Mışin olacaq.
Xatırladaq ki, Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında iştirak edən güləşçilərimizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.
85 kq
1/8 final - Soltan İsmayılov - Davud Əkbəri (İRİ) 9:1
1/4 final - Soltan İsmayılov - Zhan Beleniuk (UKR) 0:8
Təsəlliverici görüş - Bouki İlias (GRE) - Soltan İsmayılov 5:0 (tuşe)
Bürünc medal görüşü - Soltan İsmayılov - Aleksey Mişin (RUS) (saat 13:00)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB