Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2001-2002-ci il təvəllüdlülər arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib.

Baş İdarədən SİA-ya verilən məlumata görə, yarışda bir çox klub və cəmiyyətləri təmsil edən 189 idmançı 19 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Birinciliyin nəticələrinə görə fəxri kürsüdə yer alan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə