Neymar danışıqları dayandırdı

Neymar danışıqları dayandırdı

"Barselona"nın hücumçusu Neymar klubu ilə müqaviləsinin müddətini uzatmağa tələsmir. "El Mundo Deportivo"nun verdiyi xəbərə görə, 23 yaşlı braziliyalı vergilərlə bağlı məsələsini həll edənə qədər Kataloniya təmsilçisi ilə danışıqları dayandırıb.

Braziliya məhkəməsi "sambaçı"nın 47 milyon avro dəyərində aktivinə həbs qoyub. Braziliya millisinin forvardı vergilərdən yayınmaqda şübhəlidi. Neymardan dövlət xəzinəsinə 16 milyon avro vergi ödəməyi tələb olunur.

Futbolçu "Santos"dan "Barselonaya" keçidi zamanı klubdan aldığı məbləğdən vergi verməyib.

Neymarın "Barselona" ilə qüvvədə olan müqaviləsinin müddəti 2018-ci ilin iyun ayına qədərdi. Onun müqaviəsindəki təzminat dəyəri 190 milyon avrodu.

Bütün xəbərlər Facebook səhifəmizdə