Sentyabrın 1-də, saat 12:00-da "Boulevard Hotel Bakı" otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə "Boulevard Hotel Bakı" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, anlaşmaya uyğun olaraq, "Boulevard Hotel Bakı" Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.
Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və "Boulevard Hotel Bakı" otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB