“Qalatasaray” “Mançester Siti”nin futbolçunu heyətinə qatmaq istəyir
Türkiyənin "Qalatasaray" klubu müdafiəçi axtarışlarını davam etdirir. SİA-nın məlumatına görə, "cim-bom" bu dəfə "Mançester Siti"nin belçikalı futbolçusu Ceyson Denayrə "elçi düşüb". Sözügedən klub 20 yaşlı müdafiəçini 1 illik icarə əsasında heyətinə qatmaq istəyir. Artıq futbolçunun atası və meneceri Türkiyəyə gəlib.
Qeyd edək ki, belçikalı müdafiəçi ötən mövsüm icarə əsasında Şotlandiyanın "Seltik" klubunda çıxış edib. Futbolçu meydana çıxdığı 29 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB