Velosipedçimiz Ukraynada çempion oldu

Velosipedçimiz Ukraynada çempion oldu

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna" Qran-Prisinə yekun vurulub. SİA-nın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında Azərbaycan yığma komandası 1 qızıl və 3 gümüş medal qazanıb.

Qızıl medal 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenkonun aktivindədir. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.

Digər gümüş medala isə Yelena Pavluxina yiyələnib. O, 10 km məsafəyə skretç yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə