Boksçumuz gürcü idmançı üzərində qələbə qazandı

Boksçumuz gürcü idmançı üzərində qələbə qazandı

Xəbər verdiyimiz kimi, Bolqarıstanın Samokov şəhərində keçirilən boks üzrə Avropa çempionatında Azərbaycanı yalnız 49 kq çəki dərəsində yeniyetmələrin Olimpiya oyunlarının qalibi Rüfət Hüseynov təmsil edir. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, idmançımız ilk görüşünü qələbə ilə başa vurub. O, gürcü boksçu Mixail Kazanjiani ilə döyüşdə 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 4/1 finalda moldovalı dəri əlcək ustası Yulian İvanov ilə qarşılacaq. R. Hüseynov Avropa çempionatında ilk altılıqda yer ala bilsə, oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, 8 boksçumuz Bakıda təşkil olunan ilk Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən, bu yarışda yalnız iki idmançımız mübarizə aprmalı idi ki, +91 çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov zədəli olduğundan mübarizəyə qoşula bilməyib.

Nəzərinzə çatdıraq ki, 41 ölkənin 241 boksçusunun mübarizə aparıdığı Avropa çempionatında Azərbaycanı hakim kimi Fuad Aslanov təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə